Sinemde qaldı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sinemde qaldı

Sən mənim eşqimin qədir ağacı,
Mən sənin sevdanın, eh, baş daşıyam.
Görən ayrılığın nədir əlacı,
Nədən gözlərimdə hey yaş daşıyam?!

Bütün olub-keçən məndə yazılıb,
Nə zaman?Harada? Niyə və neyçün.
Olumun-ölümün tən də qazılıb,
Bəxtinə ağlaram hey için-için.

Geridə qalıbdır sənli həyatım,
Önümdə nələr var.Bilməyirəm heç
Dumanlı həyatım, çənli həyatım
Gözümün yağışın silməyirəm heç.

Bu alın yazısı, tale yazısı
Ilahidən başqa kim oxuyar, kim.
Tapılmaz taledən, bəxtdən razısı
Ayrılıq əbədi qəm qoxuyar ki....

Işıqlı həyatın acı dönüşü,
Vüsalın sevinci dünəndə qaldı.
Yıxıla düşürəm üzü enişə,
Adın həmişəlik sinəmdə qaldı,
16.11.2014

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu