Ağac ağ çiçək açıb,
Durmuşuq altında biz.
Ayrılıqdan qaçıb,
Bir vurur ürəyimiz.
O ürəyin içində
Nələr yatır, bilirsən.
Gəldin mələk biçimdə,
Göz yaşımı silirsən.
Bir daha ağlamayaq,
Daim gülsün üzümüz.
Dəniz tək çağlamayaq,
Silinməsin izimiz...
Kayıt Tarihi : 12.3.2020 14:11:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!