Silemmedim,bağışla Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Silemmedim,bağışla

Bilirəm ki yaxşılıqlar itməyir,
Bir bax, necə əllərim də titrəyir.
Sənli günlər xatirimdən getməyir,
Göz yaşını siləmmədim, bağışla.

Bilirəm ki dağdan ağır çəkin var,
Yerişində ağalıq var, təmkin var.
Ürəyimdə nə nifrət var, nə kin var,
Şad günümü böləmmədim, bağışla.

Hər vaxt uca tutmusan ki özünü,
Çalışma ki yandırasan közünü.
Neçə ildir anladırsan sözünü,
Qiymətini biləmmədim,bağışla.

Libasımı dünya yaman gen kəsdi,
Kainatın libasıyla tən kəsdi.
Aramızı duman kəsdi, çən kəsdi,
Görüşünə gələmmədim, bağışla.

Eh, bu dünya ta əzəldən fanidir,
Başkəsəndir, canalandır, canidir.
Yazıq canım, bu günədə qanedir,
Neynim, sənsiz öləmmədim, bağışla.
25.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 27.5.2019 15:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu