Sıldırım dünya Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sıldırım dünya

Suyu ayna bilən söyüd daranıb,
Gözümün önündə sevgi yaranıb.
Gülü-çiçəyi də təmiz aranıb,
Hər tərəf keçilməz sıldırım, dünya.

Adımı qayaya qazıb qalmışam,
Dərdimi tabloya yazıb qalmışam.
Dağların qoynunda azıb qalmışam,
Vuracaq köksümü ildırım, dünya.

Hər tərəf qorxulu hər tərəf dəhşət,
Sanki yaxınlaşıb axirət,vəhşət..
Təşrif buyuracaq sahibi-məhşər.
Bu yükü mən necə qaldırım, dünya.

Həsrətin baxışı şimşək tək çaxar,
Düşdüyü ürəyi yandırıb yaxar.
Götürüb gedir bax fərəhimi xar,
Ah, necə mən onu saldırım, dünya.

Heç şeir yazmadım yalan xətrunə,
Hislərim sığışmaz bircə sətrinə.
Vurğunam tərtəmiz, gözəl ətrinə
Mən kimə qızılgül aldırım, dünya.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 08:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu