Silahlanın igidlerim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Silahlanın igidlerim

Talan edib varı düşmən,
Atıb namus.arı düşmən.
Məğlub olar qarı düşmən,
Silahlanın igidlərim.

Işğal edilib torpağım,
Qan rəngində hər yarpağım.
Yolun gözlər Qarabağım,
Silahlanın igidlərim.

Canda yaşar canın ruhu,
Harahatdır Xanın ruhu.
Qəmli Natəvanın ruhu,
Silahlanın igidlərim.

Axıdılan qanlar batmaz,
Mərdliyinə mərdlik çatmaz.
Şəhidlərim rahat yatmaz,
Silahlanın igidlərim.

Qaləbə marşını çalın,
Düşməni qorxuya salın.
Qarabağı geri alın,
Silahlanın igidlərim.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu