Sil gözümü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sil gözümü


Baxçandakı güllər yenə tərdimi?
Nadan əli o gülləri dərdimi?
Kimə deyim qəlbimdəki dərdimi,
Kim dinləsin söhbətimi, sözümü.

Açılmaz oldumu nurlu səhərim,
Hey göynədir boğazımı qəhərim.
Dişlərimin dibindədir zəhərim,
Məğlub olsam, çalacağam özümü.

Arama sən cəvahirat, ləl indi,
Dünya özü bir bəzəkli gəlindi.
Görüşümə gəlürsənsə gəl indi,
İtirmişəm iradəmi, dözümü.

İnsan üçün məzar son dayanacaq,
Dərdli qəlbim həsrətinlə yanacaq.
Axtarma gəl ocaq üçün yanacaq,
Alışdırram bircə anda közümü.

Sevincini sev, qədrini bil, eşqim,,
Sənsiz keçən bircə anım il, eşqim.
Nə olar ki öz əlinlə sil, eşqim,
Həsrətindən qəmdən dolan gözümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:17:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu