Bəyazım, gəl burax qaramı, gedim.
Öyrənim halalı-haramı, gedim.
Yaramı qovuşum,xaramı gedim?
Duyğular toqquşan geniş meydansan.
Mən ki qüssə olub göydən yağırdım,
Daş kimi yerimdə sakit, fağırdım.
Çətində nə qədər səni çağırdım,
Heç səsi çıxmayan haray-haydansan.
Sevinci fərəhlə dadan deyilsən,
Soyuqdan üşüyən odam deyilsən.
Sən insan deyilsən, adam deyilsən,
Sən mələk cildinə girmiş şeytansan...
30.04.2019
Kayıt Tarihi : 30.4.2019 14:59:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/04/30/seytansan.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!