Varı bölməyəcəksən,
Çün “Uludan ulusan”.
Qorxma, ölməyəcəksən,
Hələ canı sulusan.
Alışacaq közsən ki,
Alovuna dözsən ki...
O qədər acgözsən ki,
Sən nəfsinin qulusan.
Fələk yaman seçimdə,
Bığaltından keçim də...
Ikiniz bir biçimdə,
Sən şeytanın dulusan.
Su töksən quyu dolmur,
Həsrət saralıb solmur.
Səni xərcləmək olmur,
O dünyanın pulusan.
Dildə gəzər söhbətin,
Ediləcək qiybətin.
Nə qədrin, nə qiymətin,
Çün eşşəyin çulusan.
Kayıt Tarihi : 7.1.2023 19:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!