Sevmirsense. Şiiri - Dr İlhame Müslümova

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Sevmirsense.


Sevmirsənsə, eşqim sənə sadağa…
Məndə qalıb ümidimi yormasın,
Gözlərimə qoyacağam qadağa ,
Gəlib sənin yollarında durmasın ….

Ölməkdisə, gözə aldım ölümü…
Bir də sənə mən açmaram əlimi…
Çıxararam dibindən bu dilimi,
Tanışlardan daha səni sormasın….

Acıların ən ağırı , dərini
İtirməkdir inandığın birini….
Çarpayımın sənə aid yerini
Qollarım da sən bilərək sarmasin…

Səbəb sənsən bu zülümə , bu aha,
Sən ümidsiz qoydun məni sabaha…
Urəyimə tapsirmisam… bir daha
Sənin üçün döyünməsin, vurmasin….

Böldüm sənlə açığımı, bağlımı,
Almasız da bitirmisən nağılımı …
Allahına and vermişəm ağlımı,
Sənlə bağlı daha xəyal qurmasın….

Çarpayı-yatak
Nağıl- masal
Ağlımı-aklımı
Qadağa qoyacağam-yasak edeceğim

Dr İlhame Müslümova
Kayıt Tarihi : 12.1.2025 23:39:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!