Sevmenin zamanı yok

Dr İlhame Müslümova
60

ŞİİR


3

TAKİPÇİ

Sevmenin zamanı yok


Sevməyin zamanı olmur, əzizim….

Sevgi oyun deyil, sevgi seçimdir…
Sevgi hər ürəkdə fərqli biçimdir…
Harda yazılıb ki gənclər üçündür?
Sevməyin zamanı olmur, əzizim….

Yaş neçə olsa da fərq etməz ona,
Gəldisə bir günəş doğar dünyana,
Xoşbəxt hiss edərsən dursan yan-yana,
Sevməyin zamanı olmur, əzizim….

Bəzən gələr səni illər əyəndə,
Saçına qocalıq qar ələyəndə ,
Səndən soruşmaz ki qapı döyəndə,
Sevməyin zamanı olmur, əzizim…

Sevgi demək deyil ehtiras, şəhvət..
Sevgi məsumluqdur, saf bir məhəbbət…
Sevgi anlayışdır… ömürlük hörmət…
Sevməyin zamanı olmur, əzizim….

Bədən qocalsa da qocalmır ürək,
Rəvamı çağlayan qəlbi söndürək?!
Hamı bircə bunu anlasın gərək,
Sevməyin zamanı olmur, əzizim…

Harda-nerede
Üçün-için
Neçə-kaç
Qocalıq-yaşlılık
Hamı-her kes

Dr İlhame Müslümova
Kayıt Tarihi : 12.1.2025 23:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!