Səni vaxtsız ölüm çəkdi,
Gecə-gündüz zülm çəkdin.
Dörd tərəfin hörümçəkdi,
Görməyirsən toru, ürək.
Dərdlə qəmin arasında,
Qan laxtalar yarasında,
Yad başının çarasında,
Sən özünü qoru, ürək.
Meylini heç bicə salma,
Axmaq, avam, gicə salma
Özünü çox gücə salma,
Qaldırmazsan zoru, ürək.
Qismətində dərdin çoxu,
Kələfindən kəfən toxu.
Oxuyursan, solo oxu,
Neyniyirsən xoru, ürək.
Ayrılığın baxşı sına,
Qəm ilməli naxşı sına.
Sən də vurul yaxşısına,
Sevmə qəlbi koru, ürək.
Kayıt Tarihi : 9.12.2020 10:24:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/12/09/sevme-qelbi-koru-urek.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!