Bu gün mnim ad günüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Bu gün mnim ad günüm


Mübarəkdir ad günün,
Ay mənim Sevinc bacım.
Bu gün sənin şad günün,
Heç dayanma dinc, bacım.

Hamı ilə danış, gül
Səsin ucadan gəlsin.
Nəğməylə dolsun könül,
Səmayadək yüksəlsin.

Gör həyatda tənhalıq,
Səninlə yollaşırmı.
Təəssüf ki çox erkən,
Itirdin yoldaşını.

Üç qızına tək ana,
Olmadın ki sən bacı.
Döyünən ürək ,Ana,
Ailənin baş tacı.

Arzuların müqəddəs,
Ümidlərin tükənməz.
Uzağı görməyən şəxs,
Gözəl saray tikəmməz.

O sarayın içində,
Yaşayın əmin-aman.
Sənin əsl qiymətini,
Əsirgəməz ki zaman.

Gülə-gülə yaxınlaşar
Sənə Könül, Elnarə.
Fərəhləri aşıb-daşar,
Hər müşkülünə çarə.

Müğənnidir şükür, indi
O körpəcə Gülayın.
Sonsuz kainat sənindi,
Nəvələr ulduz, ayın.

Xoşbəxtliyin qapıları,
Üzünüzə acılsın.
Təbəssümün şüaları,
Ömrünüzə saçılsın.

Istəyirəm hər bir Ana,
Dünyada xoşbəxt olsun.
Ürəyində Tanrısına
Böyük məhəbbət olsun.

Sən də mənim adaşımsan,
Sözləri inci bacım.
Dostlarının sirdaşısan,
Elin Sevinci bacım.

27.06.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2018 18:59:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu