Sevincime Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sevincime

Dalğalar qoynunda üzdüm sal kimi,
Dayanıb durmadım bir xəyal kimi.

Daha nəğmə çalmır könlümün simi,
Fikirlər donubdur sırsıra kimi.

Gümanım ipisti yaya qalıbdır,
Suları tərtəmiz çaya qalıbdır.

Suda əl-üzümü yuyaram hökmən,
Buz tək soyuqluğu duyaram hökmən.

O zaman paklanar arzum, xəyalım,
Daha yaxın gəlməz dərdi-məlalım.

Ürəkdən sevinib mən də şadlanım,
Ən gözəl duyğulu şairə adlanım.

Nə olar, hər sözdən küsüb incimə,
Qoşul Sevincinin saf sevincinə.

Sevinc Arzulu
Kayıt Tarihi : 21.4.2022 15:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu