Özgə bir gözələ ad olmadınmı,
Doğma,əziz ikən yad olmadınmı.
Məni görməyinə şad olmadınmı,
Gözündən sezirəm qəmli sevinci.
Başqasın qəlbində birinci etdin,
Ləlimi parlamaz bir inci etdin.
Həsrətin əsiri,girinci etdin,
Gözləri daima nəmli Sevinci.
Yorğun xatirələr qəlbimdə yatmış,
Ozü tək məni də qəmə boyatmış.
Şirin röyasından kimlər oyatmış,
Qocalıban səsi bəmli Sevinci.
Kayıt Tarihi : 14.6.2018 19:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!