Yalançı ilhamın qoynuna yatıb,
Xəyal dənizində əbədi batıb.
Qurtaran fikrinin sonuna çatıb.
Şeir dünyasında girinc də vardı.
Yazın gəlişinə sevinir adam,
Istərəm tezliklə şirinlik dadam.
Qoz-fındıqla birgə, püstəylə badam,
Bayramlıq süfrədə zirinc də vardı.
Bilirsən, qalıbdır göz xəzinəmdə,
Ilhamım alışan köz xəzinəmdə.
Qəlbdə gizlətdiyim söz xəzinəmdə,
Həm qızıl, həm gümüş, bürünc də vardı.
Ilahi, məni də mələyə çevir,
Mələk insanlığı daha çox sevir.
Qəlbi tək genişdi mənzili,evi,
Oturub –durmağa bir künc də vardı.
Dostluqdan qiymətli nədir dünyada,
Gəzərsən aləmi payi-piyada.
Nə vaxsa, hardasa salarsız yada,
Deyərsiz bir zaman Sevinc də vardı.
Kayıt Tarihi : 11.3.2023 07:33:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!