Hamı gedər evinə,
Kim gülə,kim sevinə.
Batıb dərdin qəminə,
Halı qarışan Sevinc.
Aralığa çıxıban,
Öz küməsin yıxıban.
Əllərini sıxıban,
Qəmlə barışan Sevinc.
Həyat var zülümüylə,
Insafsız bölümüylə.
Ölümsüz ölümüylə,
Xarla yarışan Sevinc.
Günlərin bir günündə,
Dünyadan gedən Sevinc.
Ruhun tərk edər səni,
Boş qalar bədən,Sevinc.
Üzündə qəm naxışı,
Gözündə nəm baxışı.
Yağdırma çən-yağışı,
Ağlarsan nədən,Sevinc.
Gör fələyin gərdişin,
Seyr et qoşa pər dişin.
Ölümün pis vərdişin,
Tez qəbul edən Sevinc.
Qəm-qüssəyə çox dözüb,
Işıqda zülmət sezib.
Yerin qəmindən bezib,
Səmaya gedən Sevinc.
Kayıt Tarihi : 7.9.2018 08:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!