Məhəbbət insanın tacı,
Görüş hicranın əlacı.
Kölgəlidir vəsl ağacı,
Arxasında sevgi sinir.
Xəzri yaman əsib deyən,
And-amanın kəsib deyən.
Görmürsənmi əsəbindən,
Edib məni sevgi sinir.
Tanrım, göstər qüdrətini,
Yaranmışın xilqətini.
Çox çəkmişəm həsrətini,
Qazanım pak sevgisini.
Kayıt Tarihi : 26.5.2022 08:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!