Sevgisi var Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sevgisi var

Kişinin sol getməyə daima meyli olur,
Görəsən bu gedişin kimə nə xeyri olur.
Hər qadın başa düşməz, dilləri qeyri olur,
Kişilərin üzündə xəyanət cizgisi var.

Bir az uzaq dolan gəz, sən ey qapımı pusan,
Həqiqətin önündə kimsə deyil ki susan.
Qadınını aldatmaq bəlkə asandan asan,
Ədalətin əlində həqiqət güzgüsü var.

Acı çəkən simanı zərif qırış naxışlar,
Dumduru gözlərindən yağar isti yağışlar.
Ona xəyanət edən kişini də bağışlar,
Qadının ürəyində nə boyda sevgisi var.
25.04.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2019 16:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu