Sevgin ile ölürüm Şiiri - Sevinc Arzulu

Sevgin ile ölürüm

Bu da bir taledir, bu da bir qismət,
Tələ quracaqmış mənə bu həsrət.
Ürəyimdə yuva qurar məhəbbət,
Yalnız sənin sevgin ilə ölürəm.

Cavan ömrüm necə keçdi hədər,bax
Heç çəkilmir gözlərimdən kədər,bax.
Yəqin belə yazı yazıb qədər,baxt,
Yalnız sənin sevgin ilə ölürəm.

Gözlərimdən qanlı yağır yağışım,
Sular kimi lal olubdur baxışım.
Naxışınla birləşmədi naxışım,
Yalnız sənin sevgin ilə ölürəm.

İnanmayır nalə,aha Sevincin,
Dönübdür tac-taxtsız şaha Sevincin.
Bu dünyadan bezib daha Sevincin,
Yalnız sənin sevgin ilə ölürəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu