Ömrümün sənli payız, yazlarını sevmişəm,
Ədanı bəyənmişəm, nazlarını sevmişəm,
Səninlə bağlı hər şey elə əziz olub ki,
Sən gəlib-gedən yolun tozlarını sevmişəm…
Saçlarını oxşayıb qadasını almışam,
Gözlərinə bənd olub kölgəsində qalmışam,
Zahiri gözəlliyin hələ bir yana dursun,
Ürəyinə vurulub ürəyimə salmışam…
Ətrini çiçəklərə, güllərə tay demişəm,
Kipriklərinə mən ox, qaşına yay demişəm,
Sənə qurban etməyə olmasa da heç nəyim,
Bircə olan ömrümü mən sənə pay demişəm…
Sənsiz bu boyda dünya gözlərimə dar mənim,
Yerim hardadı desən, ürəyimi yar mənim…
Səndən gələn ağrıya, acıya da dözərəm,
Yetər ki bir baxışla gəl, yaramı sar mənim …
Bircə busəni qıysan mən sənə yüz verərəm,
Sevgimdən alış deyə sinəmdən köz verərəm,
Adını yazmışamsa bircə dəfə ürəyə,
Bir ömürlük sevməyə mən sənə söz verərəm…
Kayıt Tarihi : 5.1.2025 17:44:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!