Dərd əlindən üzülməyək,
Qəm sapına düzülməyək.
Göz yaşı tək süzülməyək,
Fərəh hissin bölək indi.
Gəl sevgidən ölək indi.
Pozaq ömrün hədərini,
Yox eyləyək kədərini.
Məhəbbətin qədərin,
Qiymətini bilək indi.
Gəl sevgidən ölək indi.
Ağlamaqdan nə çıxar ki,
Qəm evimi tez yıxar ki,
Sevinc seli gur axar ki,
Hətta gülsün fələk indi.
Gəl sevgidən ölək indi.
Yaş gələr yaşımız üstünə,
Dən yağar qaşımız üstünə.
Bir bax başımız üstünə,
Qanad çallır mələk indi .
Gəl sevgidən ölək indi.
Daha gizlət göz yaşını,
Qara rəngli daş-qaşını.
Məgrur,uca tut başını,
Qoşa gedib-gələk indi.
Gəl sevgidən ölək indi.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:20:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!