Sevgi yolu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sevgi yolu


Heç işi yox sağnan, solnan,
Gül bitirər yüz-yüz kolnan.
Yollaşarsa başqa yolnan,
Kama yetər sevgi yolu.

Həmdəm olar rəfiqə tək,
Qoymaz ki bir dəqiqə tək.
Hey uzanar üfüqə tək,
Gözdən itər sevgi yolu.

Qəlb ağlasa, ürək gülməz,
Kimsə nədir dərdim,bilməz.
Bilirəm ki gedən gəlməz,
Qəfil bitər sevgi yolu.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:42:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu