Qat-qarış görülən yuxular kimi,
Bu bühuş edici qoxular kimi,
Həsrətdən od təkin qorxular kimi,
Mənim yozulmayan sevgi şeirmsən.
Ay mənim illərdir yol gözləyənim,
Sinəsi üstündə köz közləyənim.
Bir ümidverici söz özləyənim,
Mənim yazılmayan sevgi şeirmsən.
Bircə xəbər göndər, bilim hardasan,
Həmişə qışdasan, boran-qardasan,
Bəlkə çətindəsən, bəlkə dardasan.
Mənim yaz olmayan sevgi şeirmsən.
Kayıt Tarihi : 29.4.2018 08:41:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!