Sevgi ölür Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sevgi ölür

Unut sən bütün sərini,
Tale yazıb qədərini.
Həmişə dərd-kədərini,
Qəmini özüylə bölür.
Kim deyir ki sevgi ölür?!

Həsrəd qalmışam gülüşə,
Ağ tellər bənzər gümüşə.
Eşqimi oxşat günəşə,
Günəşin nuru gec sönür.
Kim deyir ki sevgi ölür.

Sevinc eşqi ucuz tutmur,
Örənləri heç unutmur.
Xatırən onu uyutmur,
Qəlbində qüssəyə dönür,
Kim deyir ki sevgi ölür?!

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:53:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu