Sevgi nağılı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sevgi nağılı

Fələk arzusuna sanki yetibdi,
Dünyadan vüsala möhtac gedibdi.
Neçəsin Leyli və Məcnun edibdi,
Qoymaz başda qala sevgi ağılı.

Həsrəti qapıda gözlədirəm mən,
Hicranın yolunu izlədirəm mən.
Könlümü hamıdan gizlədirəm mən,
Açarsam dünyaya sevgi dağılı.

Acılı günlərim eh, tez ötüşsün,
Yenə də gül ilə bülbül öpüşsün.
Sonunda səmadan üç alma düşsün,
Həsrətlə bitməsin sevgi nağılı.
Gözümdən itməsin sevgi nağılı.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.12.2021 07:54:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu