Həyat sanki bir yalquzaq,
Hər addımda qurur duzaq.
Toxunmayın siz o qıza,
Qəmlə dolu dünyası var.
Əynindəki al zərxara,
Gəl aldanma namərd xara,
Geyinibdir dünya qara,
Yalanı var, riyası var.
Neynək, belə gəlib dövran,
Bizdən öndə gedir zaman.
Addımından amn-aman,
Həm toyu var, həm yası var.
Ayrılığı satsın-sovsun,
Qaranlığı tezcə boğsun.
Gözləyirik günəş doğsun,
Sevgi dolu ziyası var.
Danışanda sözü gülür,
Ala-yaşıl gözü gülür.
Yuxudaca üzü gülür,
Ah, nə gözəl röyası var.
30.04.2019
Kayıt Tarihi : 30.4.2019 14:52:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!