Seven varmı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Seven varmı


Seyr etmədim bu aləmi,
Tez dərdilər qan laləmi.
Kimsə eşitməz naləmi,
Dünya təkcə mənə karmı?
Səni mən tək sevən varmı?

Üzünə ağ niqab çəkər,
Gözlərindən qan-yaş tökər.
Dərd əlindən yerə çökər,
Qəm dağına yağan qarmı?
Səni mən tək sevən varmı?

Hanı qışımı yaz edən,
Qara günüm bəyaz edən.
Uca göydə pərvaz edən,
Məğrur qartalmı, ya sarmı?
Səni mən tək sevən varmı?

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu