Qalmışam iki hiss əlində naçar,
Ayrılıq üzündən vüsal gen qaçar.
Bağlı ürəklərə tapılmaz açar,
Sevginin sevdasız xatirəsində
Yolun əvvəlində dayanıb durdum,
Əlimi hicranın əlinə vurdum.
Bir nakam sevgiyə abidə qurdum,
Sevginin sevdasız xatirəsində
Sənə zülm eylədi alagöz pəri,
Yolunda badamı verdin illəri?
Solubdur ömrünün bahar gülləri,
Sevginin sevdasız xatirəsində.
14.05.2018
Kayıt Tarihi : 22.6.2018 07:15:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/22/sevdasiz-xatire.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!