Bizim bu sevdamızın,
Çinar-çinar boyu var.
Bülbüli-şeydamızın
Çinar altda toyu var.
Qızılgül ləçəyini
Sərəcəkdir hər yana.
Yasəmən çiçəyini
Dost tək bəxş edib ona.
Susqun baxışlarından
Solğun yanaq allanır.
Güzgü naxışlarından,
Xatirələr aldanır.
Kayıt Tarihi : 5.5.2018 08:03:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!