Sevdamız qaradır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sevdamız qaradır

Ittihamın yaman ağır,
Görən nə olacaq cəzam.
Səmadan qəm-kədər yağır,
Mübarəkdir bu son qəzam.

Ayrılığın istisindən,
Atəşim də qor olubdur.
Gözüm çıxdı tüstüsündən.
Işim daim zor olubdur.

Özün atdın yanar oda,
Indi söndürə bilmirsən.
Necə dost deyim mən yada,
Əsri döndürə bilmirəm.

Həsrət çəkən fağır olur,
Xatırlayaq keçənləri.
Intiqamı ağır olur.
Yurddan vaxsız köçənlərin.

Gəlişindən ətir gəlir,
Payızın xəzəl nəfəsi.
Allı-güllü çətir gətir,
Yoxsa islanar qəfəsim.

Dörd yanımda daş divarı,
Dəmir bəndi kim hörübdür.
Mən piyada, dərd süvari,
Ayaq izin kim görübdür.

Suyla dolar ayaq izin,
Qaranquş su içər gedər.
Sevdamız qaradır bizim,
Gün işığın biçib gedər.
23.05.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 29.5.2019 11:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu