Sevdalıyam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3732

ŞİİR


28

TAKİPÇİ

Sevdalıyam

Günəş ilə yarışan,
Külək ilə barışan,
Tanrı ilə danışan,
Lal ruhun xəyalıyam.
Tək sənə sevdalıyam.

Burulubdur bax puçum,
Tək səni sevmək suçum.
Dörd yandan etmə hucum,
Bilirəm, xətalıyam.
Tək sənə sevdalıyam.

Ayrılıq gəldi baha,
Döndüm naləyə, aha.
Adlıqdan çıxdım daha,
İsmin yönlük halıyam,
Tək sənə sevdalıyam.

Ay qəlbimin sevinci,
Olma dərdin girinci.
Sən dünyanın ən dinci,
Mənsə qeylü-qalıyam.
Tək sənə sevdalıyam.

Seçilmə kəpənəkdən,
Zövq al güldən-çiçəkdən.
İilmələri ipəkdən,
Zərif, incə xalıyam.
Tək sənə sevdalıyam.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.9.2025 05:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!