Deyək, gülək, sevdalanaq əzizim,
Nağılına biz aldanaq, əzizim.
Qar-yağışdan daldalanaq, əzizim
Ağ şəklimiz qara çıxar fonunda.
Məhəbbətin tamı sanki başqa dad,
Əzəl gündən deyilik ki özgə, yad.
Istəyir ki sevənləri etsin şad,
Vüsal gəlib ağ gəlinlik donunda.
Tanrı açsın dostum, yolu bağlının,
Sözünə bax fikirinin, ağlının.
Çox sevirəm bu dünyanın nağılını,
Göydən alma düşəcəkdir sonunda.
Kayıt Tarihi : 18.3.2020 12:56:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!