Sevda nağılı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Sevda nağılı

Ay yanağı lalə, üzündəsə xal,
Etmisən sən məni necə halbahal.
Mən dedim sevdamız dillərə düşsün,
Demədim canımı birdəfəlik al.

Bürünüb payızın qızıl ətrinə,
Göz nuru tökmüşəm şerin sətrinə.
Aşıb qarlı dağı, keçib dərəni,
Gələrdim görüşə, sənin xətrinə.

Inan ki gələrdim.Yollarım bağlı,
Amansız həsrətdən ürəyim dağlı.
Oturaq üz-üzə,danışım sənə,
Necə də qəmliymiş sevdanın nağlı.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.4.2025 16:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!