Qoşa sürək atları,
Gedək üzü sevgiyə.
Açılsın qanadları,
Günəş gülsün “Sev” deyə...
Gəl bürünək ikimiz,
Qızılgülün ətrinə.
Alovlansın eşqimiz,
Dəyməyək gül xətrinə.
Qoy bizim səsimizi
Ilahələr eşitsin.
Duyub nəfəsimizi,
Şər-şeytanlar üşütsün..
Kayıt Tarihi : 12.3.2020 14:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!