Dostlar qapısını açar,
Tənhalıq da qorxub qaçar.
Qaranlığa işıq saçar,
Şəmsiz sükut,şəmsiz haray.
Yenə də bahar gələcək,
Gül-çiçək deyib güləcək.
Görən hara yüksələcək,
Sənsiz sükut, sənsiz haray.
Zirvə duvağın atacaq,
Bulud qoynunda yatacaq.
Səsimizə səs qatacaq,
Səssiz sükut, səssiz haray.
Kayıt Tarihi : 5.8.2023 15:58:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!