Seslin olaram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Seslin olaram

Zaman pəncərənin alt şüşəsində,
Ünvanlı,ünvansız məktublar yazır.
Güman şəcərəmin üst guşəsindən,
Gözlə görünməyən quyular qazır.

Yaranıb xilqətin bir zərrəsindən,
Qapqara dünyanın qoynuna düşdüm.
Yorulub həsrətin mənzərəsindən,
Amansız fələyin oynuna düşdüm.

Udan fələk olar, uduzansa mən,
Mən necə kədərə təslim olaram?
Taleyin püşkündə yer qazansam mən,
Könüllər odlayan səslin olaram.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.12.2019 07:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu