Qəm daşıyır bu arx, getsin,
Dərdin ipin buraq, getsin.
Yumşaqlığı burax getsin,
Sən mənim sərt ürəyimsən.
Ayrılıqdan küsməlisən,
Hicrin yolun kəsməlisən.
Mən tərəfə əsməlisən.
Sən mənim səmt küləyimsən.
Günəş olsan heç sönərəm,
Işığına mən dönərəm.
Arxayınca söykənərəm,
Mənim Səhənd kürəyimsən.
27.12.2017.
Sevinc Arzulu
Kayıt Tarihi : 5.5.2018 07:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!