Bir vaxt gəzdim bu torpağın üstündə,
Yaman əsdim nəm yarpağın üstündə.
Olacaqmı kimsə məndən üstün də,
Görünəcək yaman yerim, əzizim.
Fələk edib mənə yamanca sitəm,
Dilləndirmə, danışmayan bir bütəm.
Torpaq altda ağ kəfəndə, lal-lütəm,
Nəyim var ki sənə verim, əzizim.
Aşikarda gələmməsəm, gizlicə
Yuxuları böləmməsəm gizlicə.
Şad gününə güləmməsəm, gizlicə
Oxunacaq mənim şerim, əzizim.
Kayıt Tarihi : 12.9.2019 14:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!