Ətirli qızılgül adında idin.
Bal kimi şipşirin dadında idin.
Həmişə sən minor ladında idin,
Nədənsə könlümə lirik düşmüsən.
Düşəsən dünyanın kirkirəsinə,
Alasan alovdan kürk.Kirəsinə.
Sanırsan səmadan yer kürəsinə,
Bir dənəsən, lap təbərrik düşmüsən.
Səmada həsrətin şimşəyi çaxdı,
Şüası qəlbimi yandırıb yaxdı.
Görmürəm mən səni,dostum. nə vaxtdı
Köçəri quşlar tək perik düşmüsən.
Gəzmisən aləmi acı-acına,
Çarə tapmamısan ehyiyacına.
Çıxmısan özgənin tut ağacına,
Əlində bir torba ərik düşmüsən.
Bilirəm, bolluca dolların vardır,
Dünyanı qucmağa qolların vardır.
Necə də keçilməz yolların vardır.
Deyəsən şeytanla şərik düşmüsən.
Kayıt Tarihi : 7.1.2023 18:54:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!