Şerab özüme Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Şerab özüme

Xarı qandıra bilərsən,
Əhdin dandıra bilərsən.
Əgər yandıra bilərsən,
Savabdı, savab közümə.

Çiçək açmaz quru kollar,
Diriltməzki onu şollar.
Üz tutub getdiyin yollar,
Sərabdı, sərab gözümə.

Sevirəm qızıl günəşi,
Zərrələr suyla güləşir.
Bilirsən,yaylım atəşi,
Cavabdı cavab sözümə.

Ot-qanqaldır yol qırağı,
Qıraram otu- alağı.
Xatirənin gur bulağı,
Şərabdı, şərab özümə.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.9.2019 14:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu