Sensizliyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3729

ŞİİR


28

TAKİPÇİ

Sensizliyim

Ağrısını illər boyu çəkəcəm də,
Darıxanda tprpaq üstə çökəcəm də.
Dərd çıxarıb yerində qəm əkəcəm də,
Gözlərimdə qan-yaş olar sənsizliyim.

Qəribə bir nisgil yaşar gecəsində, gündüzündə,
Min bir ətir iyi gələr çəmənində, gül düzündə.
Tanrı qara xal da qoyub al lalənin gül üzündə,
Çətin mənlə adaş olar sənsizliyim.

Mənimçün də çalınacaq bir gün son zəng,
Əynimə geydiyim libas olacaqdır tamam ağ rəng.
Şair qəlbim ayrılığın qüssəsiylə həmahəng,
Ürəyimdə lal daş olar sənsizliyim.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:45:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu