Sensizim, sensiz Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sensizim, sensiz

Donub dodağımda gülüşüm, donub,
Könül budağıma yad bülbül qonub.
Alaca gözümün işığı sönüb,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Güllərim açırdı, açmayır daha.
Günəşim parlaq nur saçmayır daha.
Xəyalım quş olub uçmayır daha,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Yaz olanda quşlar şən-şən ötüşər,
Bülbül güllə, gül bülbüllə öpüşər.
Sənlə görüş yarı xeyir, yarı şər.
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Mənim könül həmdəmimdir dənizim,
Ləpələrlə yuyulubdur hər izim.
Nə söyləyim, nə danışım əzizim,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Sənsiz keçən günüm qəm payızımdır,
Bu mənim qədərim, alın yazımdır.
Verim ürəyimi, əgər lazımdır,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Deyirlər ürəkdən ürəyə yol var,
Bəs niyə qəlbimi oxumursan yar.
Bu boyda kainat olub mənə dar,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Aydan nur alırıq, günəşdən işıq,
Gah qəlbi kövrəyik,gah qəlbi daşıq.
Bircə yol görənlər hüsnünə aşiq,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Məhəbbətin göz qorası sən idin,
Gözlərimin ağ-qarası sən idin.
Ürəyimin bir parası sən idin,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.

Sevib-sevilənin heç olmaz dərdi,
Həyatım mənasız, ömrüm hədərdi.
Şair deyər eşqin sonu kədərdi,
Sənsizəm, sənsizəm, sənsizəm, sənsiz.
Sensizim, sensiz

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:36:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!