Sensiz ürek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sensiz ürek

Ay sevgilim, ver əlini.
Qaraltmayaq nur selini.
Məhəbbətin gur telini
Hörməyir ki sənsiz ürək.

Nədir hicrin özəlliyi,
Bəlkə payız xəzəlliyi?
Bunca yaşıl gözəlliyi
Görməyir ki sənsiz ürək.

Açmayır qızılgül kolu,
Xar alıbdır sağın-solun.
Vəslə doğru gedən yolu,
Yormayır ki sənsiz ürək.

Nədir hicrin layihəsi?
Ətirli eşq rahiyəsi.
Xoşbəxtliyin qafiyəsin,
Sormayır ki sənsiz ürək.

Ayrılığın addım səsi,
Məhəbbətin önün kəsir.
Külək kimi yaman əsir,
Durmayır ki sənsiz ürək.

Allah, dilləndir lalını,
Soruşum hal-əhvalını.
Xoş günlərin xəyalını,
Qurmayır ki sənsiz ürək.

Arzusuna çatıb gülüm,
Dərd-qəmini atıb gülüm.
Əbədilik yatıb, gülüm
Vurmayır ki sənsiz ürək.
01.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu