Sensiz qocalmışam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sensiz qocalmışam


Darıxmışam göy dənizçün,
Su pərisi-Ağ bənizçün.
Ay əzizim, bəndənizçün,
On üçüncü bürc almışam.

Fələk, tez aç düyünləri,
Gəlsin toy-düyün ünləri.
Yaşadığım bu günləri,
İlahidən borc almışam

Bir gün əgər geri dönsən,
Min arzudan çələng hörsən,
Tanımazsan məni görsən,
Sənsiz yaman qocalmışam.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 13:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu