Sensiz qalan. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sensiz qalan.


Yarpaqlanar yaşıl-yaşıl,
Pardaqlanar işıl-işıl.
Çardaqlanar mışıl-mışıl,
Sənsiz qalan xatirələr.

Ürəyimi oyub gedər,
Nəmizini qoyub gedər.
Göz yaşımdan doyub gedər,
Sənsiz qalan xatirələr.

Al çərpələng uçurdar hey,
Buz kimi su içirdər hey.
Ilhamımı qaçırdar hey,
Sənsiz qalan xatirələr.

Vüsalımla dilləşməyib,
Arazlaşıb lilləşməyib.
Tək qalmağa öyrəşməyib,
Sənsiz qalan xatirələr.

Göydən yerə enəcəkdir,
Ürəyimdə sönəcəkdir.
Bir gün geri dönəcəkdir,
Sənsiz qalan xatirələr.
07.02.2019.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.2.2019 15:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu