Xəfif əsən səhər mehi,
Mənsiz olmadı, olmadı.
Ayrılığın qəhər mehi,
Çənsiz olmadı, olmadı.
Hanı sarı qulaclarım,
Samana bənzər ucları.
Qocaldım daha.Saçlarım,
Dənsiz olmadı, olmadı.
Hey ötüşən xatirələr,
Qəmli ya şən xatirələr.
Yada düşən xatirələr,
Sənsiz olmadı, olmadı.
Kayıt Tarihi : 27.11.2019 07:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!