Nə Tanrı işinə əl atıb qarış,
Nə də asi çıxma.Qismətlə barış.
Yığılmır başıma daha dost-tanış,
Necə qeyd eyləyim bu şad günümü?
Sənsiz keçirdiyim ilk ad günümü.
Hanı o eşqinin fədası gəlin,
Sarsılmaz sevginin nidası gəlin.
Indi qulağıma sədası gəlir,
Qəriban, pərişan, o yad günümün.
Sənsiz keçirdiyim ilk ad günümü.
Bir zaman ətirli çiçək verərdin.
Ay üzü hamıdan göyçək deyərdin.
Necə əzizləyib necə sevərim
Fələyin zülmünə naşad günümü.
Sənsiz keçirdiyim ilk ad günümü.
Kayıt Tarihi : 3.5.2021 14:26:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/05/03/sensiz-kecirdiyim.jpg)
TÜM YORUMLAR (1)