Hələ qəm könlündən yol salmayıbdır,
Hələ o günlərə çox qalmayıbdır.
Hələ xatirələr dəm almayıbdır,
Ağrısı-acısı dolmur içimə.
Şeytanürəklilər qəza istəyər,
Qartallar apaydın fəza istəyər
Məhkəmə ömürlük cəza istəyər,
Baxmaz günahıma, baxmaz suçuma.
Çətin ki bu bahar güllü yaz ola,
Bülbülə etdiyi əda, naz ola.
Nə qədər versələr mənə az olar,
Kim nə artıracaq sənsiz heçımə.
30.11.2017
Kayıt Tarihi : 30.4.2018 07:03:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/04/30/sensiz-hecime.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!