Sensiz heçim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Sensiz heçim

Məhəbbətin türküsündən,
Həsrətin daş hörgüsündən
Həqiqətin körpüsündən,
Yalan sözlə necə keçim.

Bir ürəkdə iki cansan,
Geniş dünya,tək cahansan.
Sən hələ ki çox cavansan,
Qarşındadır böyük seçim.

Mil düzünə yağan qaram,
Xəyanətlə yoxdur aram.
Sən var ikən mən də varam,
Onu bil ki sənsiz heçim.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu