Sensiz darıxıram Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3698

ŞİİR


27

TAKİPÇİ

Sensiz darıxıram

De, hardasan qara gözlüm,
Burda sənsiz darıxıram.
Qayıt mənim şirin sözlüm,
Yurda, sənsiz darıxıram.

Göy səmada şimşək çaxmaz,
Günəş təbəssümlə baxmaz.
Lal dayanar sular, axmaz
Gur da, sənsiz darıxıram.

Sevgi yüzümü bəzəsin,
Güllər düzümü bəzəsin.
Qayıt, üzümü bəzəsin,
Nur da, sənsiz darıxıram.

Sönməz közümü tapıram,
Səbr, dözümü tapıram.
Sanki özümü tapıram,
“Şur”da , sənsiz darıxıram.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu